Meteoroloqlardan XƏBƏRDARLIQ!

Son zamanlar insanlarda baş ağrılarının artması fəsil dəyişikliyi ilə izah olunur. APA TV-nin məlumatına görə, tibbi ədəbiyyatda bu proses payız depressiyaları kimi təqdim olunur. Halsızlıq, qan təzyiqinin oynaması həm də hava şəraitinin kəskin dəyişməsi ilə bağlı ola bilər. Hirdometeoroloqlar bununla bağlı meteohəssas insanlara növbəti dəfə xəbərdarlıq ediblər. Tibbi-meteoroloji proqnoza əsasən, Abşeron yarımadasında dəyişkən hava şəraiti, atmosfer təzyiqinin kəskin tərəddüdü, güclü xəzri və gilavar küləyinin bir-birini tez-tez əvəzləməsi meteohəssas insanlarda problemlər yarada bilər. Bu cür əlverişsiz hava şəraitinin sentyabrın 29-dək davam edəcəyi gözlənilir. Ümumilikdə isə sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, gün ərzində əsasən yağmursuz keçəcək. Mülayim cənub-qərb, qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 15-18, gündüz 21-26 dərəcə isti olacağı proqnozlaşdırılır.

 

 

Müəllif | Apa.Tv