Neftin qiyməti 29 dollardan aşağı düşdü - SON 12 İLDƏ İLK DƏFƏ

Brent markalı neft 2004-cü ilin fevralından bəri ilk dəfə 29 dollardan aşağı düşüb.

 

"APA-Economics"in məlumatına görə, yanvarın 15-də Bakı vaxtı ilə saat 21:35 üçün ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 6,49% azalaraq 28,88 dollaradək düşüb.

 

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 6,41% ucuzlaşaraq 29,20 dollar təşkil edib.

Müəllif | Apa.Tv
Apa.tv