Zaqatalada minik avtomobili yandı
Zaqatalada minik avtomobili yanıb. APA TV-nin məlumatına görə, hadisə yanvarın 15-də axşam saat 23:40 radələrində Zaqatala şəhərinin F.Əmirov küçəsində qeydə alınıb.
Zaqatala rayon sakini, 1947-ci il təvəllüdlü İsrafil İsmayıl oğlu Əliyevə məxsus “Audi” markalı 62 BG 010 markalı minik avtomobilində yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib.
Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları və içərisindəki sənədlər yanıb. Yaxınlıqdakı mağaza yanğından mühafizə olunub.
Faktla bağlı FHN-nin Zaqatala rayon DYMH-də araşdırma aparılır.