Rusiya Suriyaya humanitar yardım göndərdi

Rusiya Hərbi Hava Qüvvələrinə məxsus xüsusi təyyarə vasitəsilə Suriyaya humanitar yardım göndərilib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, ümumi həcmi 22 tondan ibarət olan ərzaq, dərman preparatları və digər zəruri vasitələri özündə birləşdirən yük yanvarın 15-də Rusiya Hərbi Hava Qüvvələrinin "İL-76" təyyarəsi vasitəsilə təyinatı üzrə Suriyanın Deyr əz-Zor yaşayış məntəqəsinə çatdırılıb.

 

Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi Sergey Rudskoy keçirdiyi ənənəvi brifinq zamanı faktı təsdiqləyib. Onun sözlərinə görə, yardımın əhaliyə paylanması işini bilavasitə yerli hökumət həyata keçirəcək.

 

Sergey Rudskoy bildirib ki, Rusiya Suriyadakı humanitar fəaliyyəti bundan sonra da davam etdirəcək. 

Müəllif | Apa.Tv
Apa.tv