Azərbaycan sərhədlərini pozmaq istəyən əcnəbilər saxlanıldı
Dövlət Sərhəd Xidməti tərəfindən qeyri-leqal miqrasiya məqsədləri ilə dövlət sərhədinin pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən APA TV-yə verilən məlumata görə, yanvarın 15-də saat 02:30 radələrində Yardımlı rayonunun Deman kəndi ərazisindəki zastavanın xidməti sahəsində alınmış əməliyyat məlumatı əsasında həyata keçirilən tədbirlər nəticəsində dövlət sərhədindən qeyri-qanuni yolla İran İslam Respublikasına keçməyə cəhd göstərən 9 nəfər Banqladeş Xalq Respublikası və bir nəfər Hindistan vətəndaşları saxlanılıblar.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.