İraq şiələri arasında qarşıdurma: Bəsrəyə qoşun yeridildi
İraq hökuməti ölkənin cənubunda yerləşən Bəsrə şəhərinə tank əleyhinə diviziya və polis qüvvələri göndərib.
APA TV-nin Vesti.ru-ya istinadən məlumatına görə, buna səbəb kimi, son günlər sözügedən ərazidə yerli şiə tayfa birlikləri arasında toqquşmaların yanaşması göstərilir.
Güc strukturlarına bölgədə gedən döyüşləri dayandırmaqla bağlı konkret tapşırıq verilib. Ölkənin malik olduğu neft ehtiyatlarının 60 faizi məhz Bəsrə şəhərində cəmləşdiyindən, yarana biləcək istənilən silahlı münaqişə ilk növbədə regionda enerji resurslarının hasilatına öz mənfi təsirini göstərəcək.