Dollar və avro bahalaşdı - HƏFTƏNİN İLK MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı xarici valyutaların növbəti məzənnəsini açıqlayıb.

 

APA TV-nin məlumatına görə, Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi yanvarın 15-i ilə müqayisədə artaraq, 1.5870 manat olub. Bu, devalvasiyadan sonra dolların ən yüksək məzənnəsi hesab olunur.

 

Avrozonanın vahid valyutası da bahalaşıb. Mərkəzi Bank avronun məzənnəsini 1.7293 manat olaraq açıqlayıb.

 

Rusiya rublunun məzənnəsi isə ucuzlaşıb. Hazırda 1000 Rusiya rublunun rəsmi məzənnəsi 20 manat 30 qəpikdir.

 

Xatırladaq ki, Mərkəzi Bank xarici valyutaların məzənnəsini həftə içi hər gün açıqlayır.

Müəllif | Apa.Tv
Apa.tv