Bakının mərkəzində yaşayış binasında YANĞIN

Ötən gecə Bakının mərkəzindəki yaşayış binasında yanğın olub. APA TV-nin məlumatına görə, hadisə Nəsimi rayonu Nizami küçəsi 83/44 ünvanında qeydə alınıb.

 

Ümumi sahəsi 1600 kv. m olan beşmərtəbəli yaşayış binasının mansardında qəfildən yanğın baş verib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Nəsimi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

 

Yanğın nəticəsində sahəsi 20 kv. m olan köməkçi otağın yanar konstruksiyaları, içərisinə yığılmış əşyalar və dam örtüyü 10 kv. m sahədə yanıb. Yanğınsöndürənlərin səyi nəticəsində mansardın qalan hissəsi və 5-ci mərtəbədə yerləşən mənzillər yanğından mühafizə olunub.


Yanğının səbəbi aparılan araşdırmalardan sonra məlum olacaq.

 

Müəllif | Apa.Tv