Mingəçevirdə 37 yaşlı qadın özünü Kür çayına atdı
Mingəçevir şəhərində intihara cəhd hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Kür çayı üzərindəki körpüdə qeydə alınıb.
Şəmkir rayonunun Çənlibel kənd sakini, 1979-cu il təvəllüdlü Səbinə Hüseyn qızı Hüseynova özünü Kür çayına ataraq intihar etmək istəyib. Yaxınlıqdakı insanların köməyi ilə qadın qısa vaxt ərzində sudan çıxarılaraq, Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına yerləşdirilib və həkimlərin səyi ilə xilas olunub. Onun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.
Faktla bağlı Mingəçevir şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.