Mikayıl Cabbarov şirkət rəhbərləri ilə görüşüb

Amerika-Azərbaycan Ticarət Palatasının (AMCHAM) təşkilatçılığı ilə işgüzar görüş keçirildi. Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, AMCHAM-ın prezidenti İlqar Vəliyev, ölkədə fəaliyyət göstərən şirkət və biznes qurumlarının nümayəndələri iştirak etdilər.

 

Təhsil naziri Mikayıl Cabbarov təhsil sahəsi ilə biznes dünyası arasındakı əlaqələrin perspektiv inkişafına dair fikirlərini bildirdi. Nazir təhsil müəssisələrinin fəaliyyətinin əsasən nəzəri biliklər, biznes qurumlarının isə təcrübə qazanmaq baxımından əhəmiyyətinə toxundu, yalnız nəzəriyyə ilə praktikanın vəhdətinin uğura apardığını bildirdi. AMCHAM üzvləri olan biznes qurumlarını tələbələrə təqaüd verilməsi, yay təcrübə proqramlarının təşkili məsələlərində xüsusilə fəal olmağa səsləyən təhsil naziri tələbələrin təlim imkanlarının artırılması, işləməsi və məzun olduqdan sonra məşğulluğunun təmin olunması prosesinin dəstəklənməsi təşəbbüsü ilə çıxış etdi.

Müəllif | Apa.Tv
Almaz Qasımova