İŞİD-dən növbəti qətliam: 300-dən artıq dinc sakin güllələndi

İŞİD terror qruplaşmasının silahlıları Suriyanın Deyr əz-Zor əyalətində qocalar, qadınlar və uşaqlar da daxil olmaqla ən azı 300-dək dinc sakini qətlə yetiriblər.

 

APA TV-nin “Euronews”a istinadən xəbərinə görə, dəhşətli qətliam Deyr əz-Zor əyalətinin əl-Baqiliyyə kəndində baş verib.

 

Terrorçular əl-Baqiliyyə kəndini ordu qüvvələri ilə əməkdaşlıqda ittiham edərək, dinc sakinləri kütləvi şəkildə qətlə yetiriblər. Ölənlər arasında Suriya ordusunun 80-dək əsgəri də var. Yerli qaynaqlar ölənlərin əksəriyyətinin yaxından güllələndiyini bildirib.

 

Qətliamı qınayan Suriyanın baş naziri Vail Nadir əl-Halki İŞİD-in sonunun yaxınlaşdığını bəyan edib.

 

Qeyd edək ki, Deyr əz-Zorun böyük bir hissəsi Əsəd rejiminin nəzarətindədir. Suriyadakı hakim rejimin nəzarətində olan ərazilərə humanitar yardım göndərən Rusiya Deyr əz-Zora da 22 ton yarım çatdırıb.

Müəllif | Apa.Tv
Apa.tv