Türkiyədə məktəb binası bombalandı - SURİYADAN
Türkiyənin Kilis şəhərində yerləşən Eyüp Gökçə orta məktəbinə iki top mərmisi düşüb.
APA TV-nin "Sözcü"yə istinadən xəbərinə görə, hadisə nəticəsində iki nəfər ölüb, iki nəfər yaralanıb.
Mərmilərdən biri məktəbin binasına, digəri isə həyətinə düşüb. Ölənlərin kimliyi haqqında məlumat verilməyib. Yaralıların şagirdlər olduğu bildirilir.
Kilis Bələdiyyə başqanı Hasan Kara NTV-yə açıqlamasında şəhərdəki bütün məktəblərin boşaldıldığını bildirib. "Bir mərmi məktəbə düşdü, biri bağçasına. Mərmilər böyük ehtimalla Suriya tərəfindən gəldi", - deyə Hasan Kara bildirib.