Yasamalda 24 yaşlı qızın boğazını kəsdilər!
Bakıda 24 yaşlı qızın boğazı kəsilib. Hadisə Yasamal Rayon Şərifzadə küçəsi, ev 37 B ünvanında qeydə alınıb. Rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, Bakı şəhər sakini, 24 yaşlı Pərvanə Dadaşova ağır bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Yaralının vəziyyəti ağır olduğundan onu dindirmək və hadisənin kimin tərəfindən törədildiyini müəyyənləşdirmək hələlik mümkün olmayıb. Təcili tibbi yardım xəstəxanasının həkimi Anar Namazov xəstənin səhhətinin qeyri-kafi olduğunu bildirdi. Yasamal rayon polis idarəsindən isə dedilər ki, hadisədə şübhəli bilinən Əhməd Məmmədli bu gün səhər satlarında həbs olunub. İfadəsində Pərvanə Dadaşovanı dostuna xəyanət etdiyi ücün bıcaqladığını deyib.
Faktla bağlı araşdırma aparılır.