Biləsuvarda qanunsuz ovlanmış çöl quşları müsadirə edildi
Biləsuvar rayonu ərazisində “VAZ-2107” markalı, 44 BU 087 dövlət nömrə nişanlı minik avtomobilinin saxlanc yerində ovlanmış 179 baş qaşqaldaq və 12 baş çöl ördəyi olan şəxs saxlanılıb.
APA TV-nin cənub bürosunun məlumatına görə, saxlanılan şəxs Masallı rayonunun Boradigah qəsəbə sakini Tural Qasımov olub.
O, polisə ifadəsində çöl quşlarının hər birini 2 manata Saatlı, Sabirabad və Kürdəmir rayonlarından yaxın qohumunun toy məclisi üçün aldığını bildirib.
Ovlanmış quşlar müsadirə olunub, onları əldə etmiş şəxs barəsində isə inzibati qaydada cəza tədbiri seçilib.
Faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır.