"Ermənistan dövlət deyil, sadəcə bir qurumdur"

"Azərbaycanda şəffaf və ədalətli seçkilərin keçirilməsi üçün hər cür şərait var".

 

APA TV-nn məlumatına görə, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib ki, İctimai Televiziyada debatlarda çıxış edən namizədlər öz platformalarını ortaya qoymaq əvəzinə, lazımsız qalmaqallar yaradırlar. Vitse-spiker həmçinin Milli Şuranın namizədi Cəmil Həsənlinin ölkədən qeyri-qanuni olaraq 48 milyard dolların çıxarılması barədə ittihamına da cavab verib: “Bu qədər pulun adını çəkən adam ortaya elə sənədlər qoymalıdır ki, bunu sübut eləməlidir. Onun təqdim etdikləri isə sənəd deyil, hansısa ölkənin qəzetlərində dərc olunmuş əsassız materiallardır. Xarici ölkənin qəzetlərində dərc olunanlar isə əksər hallarda erməni lobbisinin qurduğu oyunların nəticəsidir”.

 

Ermənistanın iqtisadi-siyasi vəziyyətinə toxunan Ziyafət Əsgərov deyib ki, Ermənistan dövlət deyil, sadəcə olaraq bir qurumdur. O, eyni zamanda rəsmi İrəvanın rəhbərliyinə ismarış da göndərib: " Əgər dövlət olsaydılar, oturub onlarla söhbət etmək olardı, amma təəssüf ki, reallıq başqadır. İndi Ermənistan gedib qoşulub Gömrük İttifaqına. Öz işidir, amma maraqlı orasıdır ki, Gömrük İttifaqına daxil olan ölkələrlə heç bir sərhədi yoxdur, quru yolu, dəniz yolu yoxdur. O zaman, ay Ermənistan, bu ittifaqdan nə alacaqsan? Kimin ərazisindən istifadə edəcəksən? Biz başa düşürük ki, bütün bunlar hamısı oyunlardır”.

 

Vitse-spiker həmçinin Ermənistanı dövlət kimi tanımadığını da vurğulayıb.

 

Müəllif | Apa.Tv