Azərbaycana narkotik gətirən İran vətəndaşı Bakıda tutuldu
İrandan Azərbaycana narkotik gətirən şəxs və onunla əlbir olan Azərbaycan vətəndaşları tutulub.
APA TV-nin məlumatına görə, Nəsimi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan İran İslam Respublikasının vətəndaşı Fəthi Qasım, Kürdəmir rayon sakini Hüseyn Xəlilov və Ağsu rayon sakini Nurlan Şirəliyev saxlanılıblar.
İran vətəndaşının üzərindən Azərbaycana satış məqsədilə gətirdiyi 1 kiloqram 410 qram heroin aşkar edilərək götürülüb: “Belimə bağladım, İrandan gəldim. Sərhədi keçdim. Burada məni tutdular. 1 kilo 400 qram heroin gətirmişdim. İrandan mənə 3000 dollar pul verəcəkdilər”.
Hüseyn Xəlilov, saxlanılan şəxs: “İranlı mənə zəng elədi ki, filan yerdə gözləyirəm səni. Gəldim, görüşüb maşına oturan kimi polis işçiləri saxladılar”.
Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Narkotik vasitələrin qanunsuz alqı-satqısına aidiyyəti olan digər şəxslərin də müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.