Bakıda qardaş qardaşı qətlə yetirdi

Bakıda qətl hadisəsi törədilib. APA TV-nin məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində, İlyas Aslanov küçəsində baş verib.

 

32 yaşlı Məlik Ağarəhim oğlu Xəlilov ilə 22 yaşlı qardaşı Faiq arasında şəxsi münasibətlər zəminində mübahisə düşüb. Mübahisə zamanı Faiq Xəlilov özündən 10 yaş böyük qardaşını qətlə yetirib. Məlik Xəlilov ürəyindən bıçaq xəsarəti alıb və ailə üzvləri tərəfindən xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

 

Hadisəni törətməkdə şübhəli bilinən Faiq Xəlilov Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv