Türkiyədə polisə PKK hücumu: 2 şəhid, 10 yaralı

Türkiyənin Şırnak bölgəsində PKK terrorçuları polis əməkdaşlarına hücum ediblər. APA TV-nin məlumatına görə, polis əməkdaşlarını daşıyan avtomobilə qumbaraatandan atəş aşılıb. Nəticədə 2 polis əməkdaşı şəhid olub, 10 nəfər yaralanıb.

 

Yaralılar Şırnak hospitalına və dövlət xəstəxanasına çatdırılıblar.

 

Hadisədən sonra təhlükəsizlik qüvvələri bölgədə irimiqyaslı anti-terror əməliyyatına başlayıblar.

 

Xatırladaq ki, bir gün əvvəl Şırnakın İdil qəsəbəsində zirehli polis maşınına hücum edilmişdi. Hücum nəticəsində 3 polis əməkdaşı şəhid olmuşdu.

Müəllif | Apa.Tv
Apa.tv