Ərəb koalisiyası Yəməndə polis idarəsinin binasını bombaladı: 20 ölü

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası Yəmənin paytaxtı Sənada husi üsyançıların nəzarətində olan polis idarəsi binasına hava zərbələri endirib. Son məlumata görə, azı 20 nəfər ölüb.

 

APA TV-nin xəbərinə görə, polis idarəsinin binası tam dağılıb. Dağıntılar altında axtarışlar davam etdirilir. Tələfat sayının artacağı istisna olunmur.

 

Ölənlərdən əksəriyyəti polis əməkdaşlarıdır. Yaxınlıqdakı binaların sakinləri arasında da ölənlər və yaralananlar var. Səhiyyə xidmətinin məlumatına görə, 30-dan çox adam yaralanıb.

 

Polis idarəsi Yəmən paytaxtının mərkəzində yerləşir. Hava zərbələri nəticəsində yaxınlıqdakı məscid də qismən dağılıb.

 

Üsyançılar polis idarəsinin binasından silahlı dəstələrin formalaşdırılması üçün istifadə edirdi. Daha sonra bu dəstələr ölkənin başqa regionlarına yola salınırdı.

Müəllif | Apa.Tv
Apa.tv