İran dondurulmuş 55 milyard dollarını geri alır

İrana qarşı sanksiyaların aradan qaldırılması nəticəsində, rəsmi Tehran təxminən 55 milyard məbləğində dondurulmuş maliyyə vəsaitlərini geri alacaq.

 

APA TV-nin Rusiya saytlarına istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın dövlət katibi Con Kerri bəyan edib.

 

O, bəzi ekspertlərin adıçəkilən məbləğin 100-150 milyard dollar çatacağını qəti şəkildə təkzib edib.

“Bu uydurma rəqəmlərdir. İran təxminən 55 milyard alacaq”, - deyə C.Kerri bildirib.

 

Dövlət katibi həmçinin vurğulayıb ki, İran maliyyə vəsaitini birdəfəlik deyil, hissə-hissə alacaq.

Müəllif | Apa.Tv
Apa.tv