Saatlıda qanlı dava: 1 ölü, 1 yaralı
Saatlı rayonunda qətl törədilib. Hadisə rayonun Xələfli kəndində qeydə alınıb. Kənd sakini Elxan Alməmməd oğlu Əliyev həmyerliləri, Sahib Əliş oğlu Hüseynovu və Elşən Sahib oğlu Palayevi bıçaqlayıb.
Hadisə nəticəsində Sahib Hüseynov aldığı xəsarətdən ölüb. Elşən Palayev isə ağır bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb. APA TV DİN-in saytına istinadən xəbər verir ki, Elxan Əliyev münaqişə zəminində həmkəndlilərini bıçaqlayaraq hadisə yerindən qaçıb.
Saatlı RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.