Elman Rüstəmov: "5 000 dollaradək kredit götürən müştərilərə müəyyən güzəştlər ola bilər"
"5 000 dollaradək kredit götürən müştərilərə müəyyən güzəştlər ola bilər". APA-nın məlumatına görə, bu açıqlamanı Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov verib.
O vurğulayıb ki, ilkin hesablamalara görə, söhbət 250 milyon manatdan gedir. Burada əsas məsələ kompensasiyanın maliyyə mənbəyini tapılmasıdır. Bu təkcə Mərkəzi Bankın səlahiyyətinə aid olan məsələ deyil, buna bütövlükdə Azərbaycanın iqtisadi komandası qərar verməlidir".
Elman Rüstəmov həmçinin Azərbaycan banklarında konsolidasiya prosesinin baş verəcəyini də açıqlayıb. O qeyd edib ki, zəif banklar birləşməlidir və bu bankların birləşməsi əhalidə də rahatlıq yaradacaq.
Baş bankirin sözlərinə görə, zəif bankların birləşməsi beynəlxalq banklar üçün də əlverişlidir. Əlavə edib ki, bu, bankların kredit cəlb etməsinə köməklik göstərəcək. Mərkəzi Banka bununla bağlı müraciət daxil olub. Söhbət 5-7 bankın konsolidasiyasından gedir.