Sumqayıtda dəhşətli qətl: 69 yaşlı qadını qardaşının ailəsi qətlə yetirdi

Sumqayıtda qətl törədilib. APA TV-nin xəbərinə görə, hadisə yanvarın 18-də Sumqayıt şəhəri, Ə.Vahid küçəsi, 39 saylı evin yaxınlığında baş verib.

 

Ərazidə üzərində zorakılıq əlamətləri olan naməlum qadın meyiti aşkar edilib. Aparılan araşdırmalar nəticəsində qətlə yetirilən şəxsin H.Z.Tağıyev qəsəbəsinin sakini, 1947-ci il təvəllüdlü Rəfiqə Ağayeva olduğu müəyyən edilib.

 

Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni əmlak bölgüsü zəminində törətmiş qardaşı, əvvəllər məhkum olunmuş 1961-ci il təvəllüdlü Şahbaz Xəlfəyev, arvadı Şəhla və 1991-ci il təvəllüdlü oğlu, əvvəllər məhkum olunmuş İslam tutulublar.

 

Müəllif | Apa.Tv
Apa.tv