Salyanda 10 yaşlı uşaq kanalda batdı
Salyan rayonunun Qaraçala kəndində suvarma kanalında körpüdən keçmək istəyən iki məktəbli uşaq sürüşərək kanala düşüb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisəni görən yerli sakin kanalda boğulan uşaqları xilas etməyə çalışıb.
Onlardan birini - 13 yaşlı uşağı sudan çıxarıb xilas etmək mümkün olsa da, 2006-cı il təvəllüdlü Arx-Arası kənd sakini, 3-cü sinif şagirdi Emin Əvəzağa oğlu Dadaşlı suda batıb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq, E.Dadaşlının cəsədini batdığı yerdən 500 metr aralıdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.