Ərdoğan və Obama İŞİD-lə mübarizəni müzakirə etdilər
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Barak Obama ilə telefonla danışıb. APA TV-nin xəbərinə görə, bu barədə “Hurriyet”ə Türkiyə prezidentinə yaxın mənbələr məlumat verib.
Məlumata görə, Obama Ərdoğana İstanbulda və Diyarbəkir əyalətində törədilən terror aktlarında həlak olanlarla bağlı başsağlığı verib. Ölkə liderləri İŞİD və PKK terror qruplaşmaları ilə mübarizəni davam etdirməkdə qətiyyətli olduqlarını bildiriblər.
Qeyd edək ki, yanvarın 24-də ABŞ vitse-prezidenti Cozef Baydenin Türkiyəyə səfəri planlaşdırılıb. Səfər çərçivəsində Bayden Ərdoğan və baş nazir Əhməd Davudoğlu ilə görüşəcək. Danışıqlarda Türkiyə-ABŞ əlaqələri, terrorçuluqla mübarizə məsələləri müzakirə ediləcək.