Sumqayıtda 45 yaşlı qadın kirayə qaldığı evdə öldürüldü - ŞOK GÖRÜNTÜLƏR

Sumqayıt şəhərində qətl törədilib. Şəhər Prokurorluğundan APA TV-yə verilən məlumata görə, hadisə 14-cü məhəllə, ev 12/21 ünvanında qeydə alınıb. Mənzilin işiqlarının gecə və gündüz yanılı vəziyyətdə qaldığını və dəhlizdən kəskin qoxunun gəldiyi barədə məlumatı sahə müvəkkilinə qonşular veriblər. Hadisə yerinə gələn Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları qapının acıq olduğunu görüb içəri keciblər və meyit aşkarlayıblar. Araşdırmalar zamanı məlum olub ki, bıçaqlanaraq qətlə yetirilən qadın həmin ünvanda kirayədə yaşayan Siyəzən sakini, 45 yaşlı Arzu Mehbalı qızı Nəcəfovadır. İlkin ehtimala görə  qadının 3 gün əvvəl qətlə yetirildiyi müəyyənləşib. Hazırda qətli törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində axtarışlar davam etdirilir. 

 

Müəllif | Apa.Tv