Səudiyyə: Neftin qiyməti ilə manipulyasiya təhlükəlidir

"Ər-Riyad bazarda neftin qiymətlərinin manipulyasiyası ilə məşğul deyil". APA TV-nin RBC-ya istinadən məlumatına görə, bunu Krallığın xarici işlər naziri Adil əl-Cübeyr bəyan edib.

O bildirib ki, qiymətlərin düşməsi bazarda tələb-təklif münasibətlərinin bir-birini tamamlaması ilə bağlıdır. Diplomat İranın ixrac potensialının qarşısının alınmasında maraqlı olmadıqlarını da bildirib.

"Neftin qiymətində manipulyasiyalar etmək ümumiyyətlə mümkün deyil. Bu, təhlükəlidir. Kim bunu edərsə, sonda zərərli özü çıxar və bu, həmin tərəf üçün ağır nəticələrə gətirib çıxara bilər", - deyə əl-Cübeyr əlavə edib.

Səudiyyəli nazir vurğulayıb ki, neftin dəyəri bazar qiymətləri səviyyəsindədir.

Xatırladaq ki, bir müddətdir Səudiyyə Ərəbistanı neftin qiymətində manipulyasiyalar etməklə İranın ixrac potensialına əngəllər törətməkdə ittiham edilib.


 

Müəllif | Apa.Tv
Apa.tv