İran Avropalı müştərilər üçün neftin qiymətini kəskin aşağı saldı

İran Avropa bazarında Səudiyyə Ərəbistanı ilə rəqabət aparmaq məqsədilə Avropadakı istehlakçılara satdığı neftin qiymətini aşağı salıb. APA TV-nin məlumatına görə, bu barədə xəbəri Reuters yayıb. Hazırkı qiyməti 23 dollar 85 sent təşkil edən İran neftinin 1 bareli üçün Avropalılar digər istehlakçılardan 6 dollar 55 sent aşağı qiymət ödəyəcək.

Səudiyyə Ərəbistanında hasil olunan neft isə Avropa üçün 1 barelə görə 4 dollar 85 sent endirimlə satılır.

Qeyd edək ki, yanvarın 18-də İran neft hasilatının sutka ərzində 500.000 barelə çatdırılması barəsində qərar qəbul edib.

Müəllif | Apa.Tv
Apa.tv