Bakıda küləkli hava şəraiti davam edəcək

Yanvarın 21-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, gecə yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. 

 

Abşeronda gecə  4-6 dərəcə, gündüz  8-11 dərəcə, Bakıda gecə 4-6 dərəcə, gündüz 8-10 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, duman olacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlıq rayonlarda gecə 0-5 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq. 

Müəllif | Apa.Tv
Apa.tv