Musa Pənahov: "Azərbaycanda nəqliyyat tarifləri artırılmayacaq"

“Azərbaycan ərazisində nəqliyyat tariflərinin artırılması nəzərdə tutulmur”. “APA-Economics”in xəbərinə görə, bu sözləri nəqliyyat nazirinin müavini Musa Pənahov deyib. Onun sözlərinə görə, qiymətlər olduğu kimi saxlanılacaq. Nazir müavini onu da bildirib ki, hazırda ölkəyə yeni gətirilən avtobusların xəttə buraxılması nəzərdə tutulur. O, həmçinin ictimai nəqliyyatda gediş haqlarının kart sistemi ilə ödənilməsi prosedurunun bütün avtobuslara şamil olunacağını deyib. Musa Pənahov bildirib ki, bu, insanlara xidmətin keyfiyyətini yüksəldir: “Yeni sistem insanlara rahatlıq yaradır, eyni zamanda avtobuslara minib-düşmə sürətini artırır, bu da avtobusların dayanacaqlarda daha az dayanmasına səbəb olur”.

 

Müəllif | Apa.Tv
Apa.tv