Azərbaycan prezidenti Davosda Türkiyənin baş naziri ilə görüşdü

Azərbaycan prezidenti İlham Əliyev Davosda Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə görüşüb.

 

APA TV-nin xəbərinə görə, baş nazir Əhməd Davudoğlu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın salamını Azərbaycanın dövlət başçısına çatdırıb.

 

Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə yüksək səviyyədə inkişafından məmnunluq ifadə olunub. Yüksək səviyyədə mütəmadi görüşlərin əməkdaşlığımızın genişləndirilməsi baxımından əhəmiyyəti qeyd edilib. Beynəlxalq səviyyəli tədbirlərdə Azərbaycanın və Türkiyənin birgə iştirakının önəmi vurğulanıb.

 

Söhbət zamanı Ermənistan-Azərbaycan münaqişəsi, iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Müəllif | Apa.Tv
Apa.tv