Prezident İlham Əliyev “LUKoil” prezidenti ilə görüşdü
Azərbaycan prezidenti İlham Əliyev Davosda Rusiyanın “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərovla görüşüb.
Görüşdə qeyd olunub ki, “LUKoil” şirkəti iyirmi ildən artıqdır Azərbaycanda uğurla fəaliyyət göstərir və etibarlı tərəfdaşdır. “LUKoil” şirkəti uğurla icra edilən “Şahdəniz” layihəsinin iştirakçısıdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə “LUKoil” arasındakı əməkdaşlıq artıq yeni sahələri əhatə edir.
Söhbət zamanı Azərbaycanla “LUKoil” şirkəti arasında əməkdaşlığın perspektivlərinə dair məsələlər müzakirə olunub.