Dolların kursu dəyişmədi, avro bahalaşdı
Azərbaycan Mərkəzi Bankı xarici valyutaların növbəti məzənnəsini açıqlayıb.
APA TV-nin məlumatına görə, Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi yanvarın 19-u ilə müqayisədə sabit qalıb - 1.6028 manat.
Avrozonanın vahid valyutası isə bahalaşıb. Mərkəzi Bank avronun məzənnəsini 1.7458 manat olaraq açıqlayıb.
Rusiya rublunun məzənnəsi yenə ucuzlaşıb. Hazırda 1000 Rusiya rublunun rəsmi məzənnəsi 19 manat 70 qəpikdir.
Xatırladaq ki, Mərkəzi Bank xarici valyutaların məzənnəsini həftə içi hər gün açıqlayır.