Gənc qızları fahişəliyə cəlb edən qadın yaxalandı

Gəncədə qadınları fahişəliyə cəlb edən qadın saxlanılıb. Gəncə şəhər Baş Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, İdarənin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində, 1987-ci il təvəllüdlü Gəncə şəhər sakini İ.Q saxlanılıb. Araşdırma zamanı məlum olub ki, o, pul müqabilində Şəmkir rayon Kür qəsəbə sakini, 21 yaşlı E.C və Gəncə şəhər sakini, 18 yaşlı N.M müxtəlif vaxtlarda fahişəliyə cəlb etdiyi edirmiş.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində  Azərbaycan Respubilkasının 243.1 maddəsi ilə cinayət işi açılıb.

Müəllif | Apa.Tv
Azər Məmmədli