“Ukrayna dairəsi”ndə avtobus piyadanı vurdu

Bakının Xətai rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin məlumatına görə, “Ukrayna dairəsi” adlanan ərazidə 40 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobusu 53 yaşlı piyada Fikrət Quliyevi vurub. Yaralı ağır xəsarətlər alıb və xəstəxanaya çatdırılıb.

 

Hadisəni törədən avtobusun sürücüsü saxlanılıb. Faktla əlaqədar Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv