Ermənistan millisinin futbolçusu “Beşiktaş”la anlaşdı

Türkiyənin “Beşiktaş” klubu heyətinə daha bir futbolçu cəlb edib.

 

APA TV-nin məlumatına görə, Moskva “Spartak”ının erməni futbolçusu Aras Özbiliz “qara qartallar”la anlaşıb.

 

Artıq iki klub arasında razılaşma da əldə edilib. Ermənistan milli komandasının üzvünün yeni klubu ilə 4.5 illik müqavilə imzalayacağı gözlənilir.

 

Qeyd edək ki, 25 yaşlı hücuma meylli futbolçu Türkiyə doğumludur. Onun Hollandiya vətəndaşlığı da var.

Müəllif | Apa.Tv
Apa.tv