İŞİD İraqın ən qədim monastırını məhv etdi
İŞİD terror təşkilatı Yaxın Şərqdəki tarixi abidələri məhv etməkdə davam edir. APA TV-nin xəbərinə görə, terrorçular bu dəfə İraqdakı 1400 illik monastırı məhv edib.
Mosuldakı Hz. İlyas (St. Elijah) monastırı İraqın ən qədim monastırı idi. Monastırın peyk görüntülərini "Associated Press" əldə edib. Görüntülərdə son dövrlər ABŞ əsgərlərinin ziyarət etdiyi monastırın dağıdıldığı görünür.
Qeyd edək ki, İŞİD Suriyada Palmira, İraqda isə Ninova və Hatra antik şəhərlərini ələ keçirərək çoxlu sayda tarixi abidələri məhv edib.