Kerri-Lavrov görüşündə NONSENS: Rusiya bayrağı tərsinə asıldı

Yanvarın 20-də Vaşinqtonda Birləşmiş Ştatların dövlət katibi Con Kerri ilə Rusiya xarici işlər naziri Sergey Lavrovun görüşü zamanı maraqlı hadisə baş verib.

 

APA TV-nin xəbərinə görə, görüşdə Rusiyanın dövlət bayrağı tərsinə asılıb.

 

Bu halı ilk olaraq görüşü işıqlandırmağa hazırlaşan operator sezib. Onun irad bildirməsindən sonra yanlışlıq aradan qaldırılıb.

 

Görüşü təşkil edən diplomatlar da bayraq məsələsindəki yanlışlığa görə xeyli təəccüblənib.

Müəllif | Apa.Tv
Apa.tv