Səlim Müslümov pensiyaçılarla görüşdü

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov Tovuzda sığorta ödəyiciləri və pensiyaçılar ilə görüşüb. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, qəbulda Şəmkir, Gədəbəy, Qazax, Ağstafa və Tovuz rayonlarından olan vətəndaşlar iştirak edib. Qəbul “Açıq qapı” şəraitində keçirilib və qəbula gələn bütün vətəndaşların müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərinin bir qismi pensiyaların yenidən hesablanmasının bir sıra hüquqi aspektləri bağlı məsələləri əhatə edib.

 

Müraciətlərin bir qismi isə fərdi şəxsi hesablarda qeydə alınan pensiya kapitalları, sosial sığorta və digər məsələlərlə bağlı olub. Qurumun  səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti təşkilatlara çatdırılması üçün qeydə alınıb.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli