Prezident İlham Əliyev AYİB prezidenti ilə görüşdü

Azərbaycan prezidenti İlham Əliyevin yanvarın 21-də Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabarti ilə görüşü olub.

 

APA TV-nin məlumatına görə, görüşdə Azərbaycanla Avropa Yenidənqurma və İnkişaf Bankı arasında əməkdaşlığın səviyyəsi yüksək qiymətləndirilib, ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar barədə fikir mübadiləsi aparılıb.

 

Azərbaycanla Avropa Yenidənqurma və İnkişaf Bankı arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün böyük potensialın olduğu vurğulanıb, bu baxımdan yeni imkanlar müzakirə edilib.

Müəllif | Apa.Tv
Apa.tv