Avropa ölkələri sərhədlərini miqrantların üzünə bağlayır

Avropa ölkələri miqrant axınının qarşısını almaq üçün bir-birinin ardınca öz sərhədlərini bağlayacağını elan edir.

 

APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, Avstriyanın arxasınca bu dəfə Sloveniya da yalnız sərhəddə nəzarəti bərpa etdiyini elan etməklə kifayətlənməyib, eyni zamanda qonşu Makedoniyaya da miqrant axınını dayandırmaqla bağlı müraciət edib. Rəsmi Skopye Sloveniyanın müraciətinə müsbət cavab verərək, miqrantların sərhədi keçməsini yasaqlayıb.

 

Daha bir Balkan ölkəsi - Serbiya isə keçid üçün tranzit vasitəsilə yalnız Almaniya və Avstriyaya getmək istəyən əcnəbilərə icazə veriləcəyini bildirib.

 

Bu hadisələrin fonunda Almaniya kansleri Angela Merkel özünün miqrant siyasətində hər hansı bir dəyişiklik etmək niyyətində olmadığını açıqlayıb. Onun sözlərinə görə, yalnız Almaniyada deyil, bütövlükdə Avropa ölkələrində yaşamaq istəyənlərə müvafiq icazə verilməlidir.

 

Almaniya hökuməti eyni zamanda miqrant axınının qarşısını almaq niyyətində olan ölkələri tənqid edib.

Müəllif | Apa.Tv
Apa.tv