Vaşinqtonda fövqəladə vəziyyət elan olundu

ABŞ-ın paytaxtı Vaşinqtonda güclü qar səbəbindən fövqəladə vəziyyət elan olunub. APA TV-nin “ABCNews”a istinadən verdiyi xəbərə görə, qar çovğunu həmçinin paytaxt ətrafı rayonları da cənginə alıb.

 

Şimali Karolina ştatının qubernatoru Pet Makrori yollarda  iki nəfərin öldüyünü bildirib. 

 

Virciniya ştatının polisi yollardakı qar yığında yüzlərlə avtomobillərin qaldığını, bir neçə nəfərin xəstəxanalara yerləşdirildiyini bildirib. 

 

ABŞ Milli Meteoroloji Xidməti şərq sahilinə doğru daha güclü qar çovğununun yaxınlaşdığını proqnozlaşdırıb. 

 

Müəllif | Apa.Tv