Qahirədə partlayış: 10 ölü, 15 yaralı
Misirin paytaxtı Qahirədə törədilən partlayış nəticəsində 10 nəfər ölüb, 15 nəfər yaralanıb. APA TV-nin “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, ölənlərdən 7 nəfəri hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır.
Misir Daxili İşlər Nazirliyi partlayış törətməkdə “Müsəlman qardaşlar” hərəkatının üzvlərini şübhəli bilir.
Məlumata görə, polis əməkdaşları Giza rayonunda, ehramlara aparan küçədəki mənzillərin birində bir qrup silahlının olması barədə məlumat əldə ediblər. DİN-in məlumatına görə, gizli qrup ictimai yerlərdə partlayışlar törətməyi planlaşdırıblar.
Hazırda hüquq mühafizə orqanlarının əməkdaşları istintaq tədbirlərini həyata keçirirlər.