Avro və rubl ucuzlaşdı, dolların kursu dəyişmədi
Azərbaycan Mərkəzi Bankı xarici valyutaların yeni məzənnələrini açıqlayıb. APA TV-nin məlumatına görə, ötən günlə müqayisədə 1 ABŞ dollarının manata nisbətən məzənnəsi sabit qalıb. Hazırda dolların məzənnəsi 1,6028 manat olaraq qalır.
Bivalyuta səbətinə daxil olan avro isə ucuzlaşaraq 1,7365 manat olub.
Rusiya rublu da ucuzlaşıb. Rəsmi məzənnəyə əsasən, 1000 Rusiya rublu 19 manat 40 qəpikdir.