Neft bahalaşmağa başladı, qiymətlər 31 dollar həddinə yaxınlaşır

Dünya bazarında neftin qiyməti əvvəlki günlərə nisbətən bahalaşıb. APA TV-nin məlumatına görə, birjalarda səhər seanslarında "Brent" markalı neftin qiyməti 30 dolları keçib. Hazırda mart ayının sonuncu dekadası üçün bağlanan fyüçerslərdə 1 barel neftin qiyməti 30,68 dollar müəyyənləşib. Bununla da "Brent" nefti dörd gündür izlədiyi WTI markalı neftə çatmaqdadır. İki marka arasında 2 sentə çatıb. Ekspertlər gün ərzində neftin qiymətinin bahalaşacağını proqnozlaşdırır və "Brent" neftinin əsas rəqibinə qarşı mövqelərini gücləndirəcəyini düşünür.

 

Treyderlərin qənaətincə, neftin bahalaşmasına iki amil təsir göstərib. Birincisi, ABŞ-ın neft və benzin ehtiyatlarına dair hesabatlarda artıq gözlənilən səviyyənin altında olub. Qiymətlərə təsir edən ikinci amil isə Davosda keçirilən Ünundünya İqtisadi Forumunda dünya liderlərinin neftin qiymətinin bahalaşacağına dair səsləndirdiyi proqnozlardır. Bu bəyanatlar neftin qiymətlərinin artmasına təsir edir və treyderlər hesab edir ki, bu amil həftə sonu seanslarında da öz təsirini davam etdirəcək. 

Müəllif | Apa.Tv
Apa.tv