Türkiyədə məktəbdə partlayış: 5 şagird yaralandı

Diyarbəkirdə Çələbi Əsər orta məktəbində partlayış olub. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, 5 şagird pəncərə şüşələrinin sınması nəticəsində yaralanıb. Yaralı şagirdlər xəstəxanalara yerləşdirilib.

 

Rəsmilərin verdiyi məlumata görə, partlayış PKK tərəfindən törədilib. Partlayıcı qurğu isə əldə hazırlanıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv