Somalidə restorana terror hücumu: 20-dən çox ölü

Somali paytaxtı Moqadişoda silahlı şəxslər “Liido Seafood” restoranına hücum edib, nəticədə 20-dən çox adam ölüb.

 

APA TV-nin “The Associated Press” agentliyinə istinadən xəbərinə görə, bu barədə polisin məlumatında deyilir.

 

Bildirilir ki, özəl təhlükəsizlik qüvvələri restoranda köməksiz vəziyyətdə qalmış çoxlu sayda insanları xilas ediblər. Şahidlər silahlıların restorana daxil olarkən ətrafa atəş açdığını deyiblər.

 

Qeyd edilir ki, restoranın müştəriləri əsasən imkanlı şəxslər, dövlət aparatının nümayəndələri olub.

 

Hücuma görə məsuliyyəti “əş-Şəbab” qruplaşması üzərinə götürüb.

Müəllif | Apa.Tv
Apa.tv