Zaqatalada iki gənc yol qəzasında öldü

Zaqatalada ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 2 nəfər ölüb, 2 nəfər ağır xəsarət alıb. Hadisə Zaqatala-Danaçı yolunun 20-ci kilometrliyində baş verib. APA TV-nin məlumatına görə, Zaqatala rayonu Aşağı Çardaqlar kənd sakini, 1990-cı il təvəllüdlü Kaxayev Elçin Şamil oğlu idarə etdiyi "99 FC 655" dövlət qeydiyyat nişanlı “Nissan Teana” markalı avtomobillə Aşağı Çardaqlar kəndi yolu istiqamətində hərəkət edərkən idarəetməni itirib, avtomobili yolun kənarındakı ağaca çırpıb. Baş vermiş hadisə nəticəsində sürücü Kaxayev Elçin Şamil oğlu və sərnişin Zaqatala rayonu Dardoqqaz kənd sakini, 1984-cü il təvəllüdlü Musayev Sərxan Bədrəddin oğlu aldığı müxtəlif dərəcəli bədən xəsarətləri nəticəsində hadisə yerindəcə keçinib. Avtomobildə olan digər sərnişinlər Açağı Çardaqlar kənd sakini, 1992-ci il təvəllüdlü Məcidov Elvin Ramazan oğlu və Yuxarı Tala kənd sakini, 1993-cü il təvəllüdlü Əliyev Şaban Cəmaləddin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Zaqatala MRX-dan verilən xəbərə görə, xəstəxanaya daxil olan Əliyev Şabanın vəziyyəti orta ağır qiymətləndirilir, xəstəxananın reanimasiya şöbəsində müalicəsi davam etdirilir.

 

Elvin Məcidovun xəsarətləri yüngül olduğundan xəstəxanada yardım göstərildikdən sonra ambulator müalicə almaq üçün evə buraxılıb.

 

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Vüqar Heydərov