Egey dənizində iki qayıq batdı: 15 miqrant boğuldu
Egey dənizində iki miqrant qayığı batıb. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, hadisə nəticəsində birinci qayıqda 6-sı uşaq, 1-i qadın olmaqla 7 miqrant həyatını itirib.
Xilasedicilər tərəfindən bir qız uşağı xilas edilib. Digər miqrantlar isə özləri sahilə çıxa biliblər. Qayıda 48 nəfərin olduğu bildirilir.
İkinci qayığın batması nəticəsində isə 8 nəfər ölüb. Qayıqda indiyədək xilasetmə işləri davam edir. Xilas olunanlar qayıqda 70-100 nəfərin olduğunu bildirirlər.
Qeyd edək ki, indiyədək dənizdən 26 nəfər sağ çıxarılıb.