İqtisadiyyat naziri Saatlıda vətəndaşları qəbul edib
İqtisadiyyat naziri Şahin Mustafayev Saatlıda vətəndaşları qəbul edib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, qəbulda İmişli, Saatlı və Sabirabad rayonlarından olan vətəndaşlar iştirak edib.
Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri nazir tərəfindən diqqətlə dinlənilib, bir sıra müraciətlər yerindəcə həllini tapıb, qaldırılan digər mәsәlәlәrin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün konkret tapşırıqlar verilib. İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər barədə vətəndaşlara ətraflı izahat verilib, həmin müraciətlər aidiyyəti dövlət strukturlarına çatdırılması üçün qeydiyyata alınıb.
Qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, bank olmayan kredit ittifaqının Sahibkarlığa Kömək Milli Fondu ilə əməkdaşlığının yaradılması, kredit ittifaqlarına dəstək göstərilməsi, istehsal və emal sahələrinin yaradılması, kəndli-fermer təsərrüfatlarına kreditlərin verilməsi, sosial və s. məsələlərlə bağlı müraciət edib. Qəbula gələn sahibkarların təklifləri müzakirə edilib, sənaye məhsullarının istehsalı, taxılçılıq, heyvandarlıq, kartofçuluq, meyvəçilik və s. sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.